Perunun Naska şəhərində turistləri daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, hadisə Perunun şimalındakı Naska şəhərində Mariya Reyşe hava limanı yaxınlığında baş verib.
Qəzadan sonra hadisə yerinə çox sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib və təyyarədə olan 7 nəfərin həyatını itirdiyi açıqlanıb.
Təyyarənin aid olduğu turizm şirkəti “Aero Santos"dan verilən açıqlamada, təyyarədə bir pilot, bir köməkçi pilot və beş xarici turistin olduğu, turistlərin kimliyi və hansı ölkədən olduğu barədə məlumat verilib.
Polisi qəza ilə bağlı araşdırmaya başlasa da, təyyarənin eniş zamanı hündürlüyünü itirməsi nəticəsində qəzaya uğradığı bildirilir.