5 Fevral 2022 16:02
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Antoni Blinkenlə Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığında Rusiya-Ukrayna böhranı müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb.

ABŞ Dövlət Departamenti görüşlə bağlı yazılı açıqlamada bildirib ki, Blinken və Kuleba Rusiyanın Ukrayna sərhədində hərbi güclənməsini və ABŞ-ın Rusiyanı diplomatiyanı davam etdirməyə, təhlükəsizlik və sabitliyi təmin etməyə təşviq etmək üçün atdığı addımları müzakirə ediblər.

Bildirilib ki, nazir Blinken ukraynalı həmkarı Kuleba və Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla keçirdiyi son görüşü də müzakirə edib. Blinkenin ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqlədiyi və qarşılıqlı təhlükəsizlik problemlərini həll etməyə hazır olduğunu bildirilib.

Blinkenin gərginliyin artacağı təqdirdə Rusiyaya ağır bədəl ödəyəcəklərini açıq şəkildə ifadə etdiyi də vurğulanıb.


Müəllif: Nemət

Oxşar xəbərlər