7 Fevral 2022 11:34
4 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan mətbuatı Türkiyənin Şərqi Aralıq dənizində öz ittifaqını qurmağa çalışdığını iddia edib.

Teleqraf.com xəbər verir ki, məlumatda Türkiyə və İsrailin yaxınlaşmasının Cənubi Kipr və Yunanıstanda “geosiyasi zəlzələ” effekti yaratdığı bildirilib.

“Geosiyasi zəlzələ davam edir, Lefkoşa isə yatır”, - yunan nəşrləri yazıb.

İsrail Prezidenti İshaq Hersoqun türk həmkarı Rəcəb Tayyib Ərdoğanla gözlənilən Türkiyə və İsraili yaxınlaşdıracaq ilk addım olacağı, iki ölkə arasında normallaşma prosesinin Yunanıstan və Yuna Kiprinə ciddi təsir göstərəcəyi deyilib.

İsrailin Türkiyə ilə bağlı Afina və Lefkoşaya zəmanət verdiyi, amma bunun inandırıcı olmadığı iddia edilib. Qeyd olunub ki, Türkiyə Şərqi Aralıq dənizində öz ittifaqını qurmağa çalışır və Vaşinqton Türkiyəni dəstəkləyir.

Yunan mətbuatı Avropa Birliyinin də baş verən gəlişmələrə səssiz qaldığı, bölgədəki bu dəyişikliyin Afina və Lefkoşanı “geosiyasi zəlzələ” effekti ilə vurduğunu yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər