7 Fevral 2022 10:08
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya istənilən vaxt Ukraynanı işğal edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib.

Sallivan Prezident Vladimir Putinin bir neçə həftə ərzində hücum əmri verə biləcəyini iddia edib.

“Müharibə başlayarsa, bu, Ukrayna üçün çox böyük insan itkisinə səbəb olacaq, amma inanırıq ki, Rusiya hazırlıqlarımız və müdaxiləmiz qarşısında strateji bədəl ödəyəcək”, - amerikalı rəsmi söyləyib.

Sallivan Rusiyanın mümkün işğalı ilə bağlı “tarix” də verib:

“Bu, sabah da ola bilər, həftələr də çəkə bilər. Vladimir Putin hər an aqressiv addımlar ata bilər”.

Onun sözlərinə görə, ABŞ gözlənilməz vəziyyətə hazır olmalı, müttəfiqləri və tərəfdaşları ilə birlikdə hərəkət etməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər