7 Fevral 2022 11:43
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 19-da Fransadan alınan ilk 6 Rafale döyüş təyyarəsi ilə bağlı Afinanın sevinci qısa sürdü. Yunanıstanın bu şənliyi Türkiyənin Pilotsuz Uçan Aparatlar (PUA) tərəfindən narahatçılıqla əvəz olunub.

Teleqraf.com xəbər verir ki, yunan mətbuatında az qala hər gün türk dronlarına dair Afinanın narahatlığını əks etdirən xəbərlər və şərhlər yayır.

Yunan nəşri “To Vima” Yunanıstanın müdafiə naziri Nikos Panayiotopoulosun yanvarın 20-də İsrailə səfəri zamanı bu ölkədə istehsal edilən “anti-dron texnologiyası” məhsullarına diqqət yetirdiyini iddia edib. Xəbərdə Ankaranın PUA-larla Yunanıstan üzərində üstünlük qurduğu ifadə edilir, yunan səlahiyyətlilərinin çarə axtardığını yazır. Bu kontekstdə Yunanıstan hökuməti dronlar almaqdansa, ona qarşı yüksək texnologiyalı cihazlara sahib olmağı üstün tutur.


Müəllif: Nemət

Oxşar xəbərlər