7 Fevral 2022 23:27
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə müharibə olacağı təqdirdə Ukraynanı elektrik enerjisindən məhrum etməklə hədələyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə rusiyalı teleaparıcı Vladimir Solovyova müsahibəsində danışıb.

Belarus lideri Kiyevin Moskva ilə hərbi qarşıdurmaya girəcəyi və işğal edilmiş Donbassda hərbi əməliyyatlar aparmağa başlayacağı təqdirdə Ukraynaya elektrik enerjisi və yanacağın tədarükünü dayandıracağını vəd edib.

“Biz Rusiya ilə birlikdə təkcə yanacaq resurslarının yox, həm də elektrik enerjisinin bütün tədarüklərini kəsəcəyik”, - prezident bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər