Səudiyyə Ərəbistanın Daxili İşlər Naziriliyi böyük miqdarda narkotik maddə saxlamaqda ittiham olunaraq həbs edilən türk əsilli Əli Əhməd Ağırdaşın bu gün edam edildiyini açıqlayıb.
Türkiyənin Hatay vilayətindən olan Ağrıdaş bir neçə il öncə Səudiyyə Ərəbistanına gedərək orada işləyib. O, narkotik istehsalçılarına qarşı keçirilən əməliyyat zamanı həbs edilib. Məhkəmə barəsində ölüm hökmü çıxarıb.
Qeyd edək ki, Ağırdaşın anası Hindiye Ağırdaş oğlunun günahsız olduğunu söyləyərək, Türkiyə prezidenti, baş nazir və hakim partiyadan kömək istəyib.
Ayxan