Yunanıstan mətbuatı ABŞ-ın Misirlə bağladığı 130 milyon dollarlıq hərbi yardım müqaviləsini geri çəkəcəyi ilə bağlı iddialara reaksiya verib.
Teleqraf.com xəbər verir ki, “News Break” xəbər saytı Co Bayden administrasiyasının Türkiyənin maraqları üçün Yunanıstandan sonra Misiri də “satdığını” iddia edib.
ABŞ Dövlət Departamenti rəsmilərinin Bayden hökumətinin Misir üçün nəzərdə tutduğu 130 milyon dollarlıq hərbi yardımı geri çəkəcəyini iddia etməsindən sonra Amerika mətbuatında yer alan məlumata görə, imtina qərarının səbəbi Misirdə insan haqları ilə bağlı pozuntulardır.
Son hadisələr yunan mətbuatında böyük əks-səda doğurub, “News Break” xəbər saytında ABŞ-ın Misiri də “satdığını” iddia edib. Bayden hökumətinin hər sahədə Türkiyənin qarşısına qırmızı xalça sərdiyini yazan nəşr bunun Yunanıstana etdikləri “xəyanət”ə bənzədiyini bildirib.
Sayt ABŞ-ın Yunanıstanın maraqlarını da nəzərə aldığını, amma “EastMed” (Şərqi Aralıq dənizi boru kəməri) layihəsindən imtina etdiyini də bildirib.
“Onlara güvənənlərə xəyanət etməkdə heç bir ayıb görmürlər”, - məqalədə qeyd edilib.
Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün Türkiyədən yan keçərək İsraildən Cənubi Kipr və Avropaya təbii qaz nəqli marşrutunun yaradılması layihəsi həyata keçirilirdi. ABŞ Yunanıstan, Cənubi Kipr və İsrail tərəfindən gündəmə gətirilən “EastMed” layihəsinə verdiyi dəstəyi geri çəkib.