8 Fevral 2022 20:38
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makronun Moskva görüşü dünyanın gündəminə düşüb.

Teleqraf.com xəbər verir ki, Putinin Makronun əlini sıxmaması, mətbuat konfransı bitdikdən dərhal sonra arxasını çevirərək getməsi diqqət çəkib. Avropa mediası Putinin davranışlarını Qərblə özü arasında qoyduğu məsafə ilə əlaqələndirib.

Rusiya liderinin Makronla görüşdəki davranışı dünya mediası və sosial şəbəkələrdə əsas gündəm mövzusu olub. Ukrayna-Rusiya münaqişəsinə diplomatik həll yolu tapmaq üçün Moskvaya gələn Makron rusiyalı həmkarı ilə uzun masa arxasında görüş keçirib.

Uzun masa arxasında oturan iki liderin görüşü 5 saat davam edib. Görüşdən sonra iki lider mətbuata açıqlamalar verib. Mətbuat konfransı bitdikdən sonra Putinin Makrona arxa çevirərək getməsi diqqət çəkib.

İki lider arasındakı məsafənin mətbuatda əksini tapan görüntüləri fransız Tvitter istifadəçiləri tərəfindən “Putindən Makrona isti qarşılama”, “Sosial məsafə”, “Şam yeməyi başlaya bilər”, “Zaman fərqi” kimi başlıqlarla dəyərləndirilib. “Cnews” kanalı görüş haqda “Makron-Putin görüşü: Nəhəng yaxınlaşma masası”, “Huffpost” isə “Makron və Putinin arxasında əyləşdiyi masanın ətrafında dolaşmağa dəyər” ifadələrini işlədib.

Eyni zamanda, iddia edilib ki, Putinin Makrona qarşı bu davranışı əslində onun Qərblə arasına qoyduğu məsafəni əks etdirir.

“Liberation” qəzeti Putinin uzun masa müzakirəsini “Rusiya tipli dialoq” başlığı ilə manşetə çıxarıb. Görüşdən təqdim olunan görüntülər də sosial şəbəkələrin dilinə düşüb. İki lider arasındakı məsafə Fransada “Makron görüşə Yelisey sarayından da qatıla bilərdi” kimi zarafatlara səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər