“Vyanda davam edən danışıqlarda İranla razılığa gəlmək mümkündür, amma belə bir anlaşma dərhal əldə edilməlidir, çünki Tehran öz nüvə potensialını artırır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Onun sözlərinə görə, yaxın həftələrdə razılaşma əldə olunmasa, İranın nüvə proqramını davamlı inkişaf etdirməyə çalışması ABŞ-ın danışıqlara qayıtmasını mümkünsüz edəcək.
Bundan əvvəl İsrail Baş naziri Naftali Bennetlə İranla davam edən danışıqlar barədə danışıb. Onun sözlərinə görə, müzakirələr İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını daha da çətinləşdirəcək. O deyib ki, İsrailin İrana nüvə silahı əldə etməsinə imkan verməyəcək.