21 Noyabr 2014 00:12
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu Cersi ştatında fərdi evlərin birində törədilmiş atışma nəticəsində iki uşaq ölüb, daha bir uşaq və qadın yaralanıb.

“RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident Tabernakl şəhərində baş verib. Hadisə yerinə cəlb olunmuş polis burada iki uşağın (oğlan və qız) meyitini aşkarlayıb. Güllə yaraları almış daha bir uşaq və qadın xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

“ABC” telekanalının şahidlərə istinadən verdiyi məlumata görə, faciənin baş verdiyi evdə iki ailə yaşayıb. Bir ailə iki valideyn və iki uşaqdan, digəri isə qadın və iki uşaqdan ibarət olub. Bəzi məlumatlara görə, evdə yaşayan qadınlardan biri intihara cəhd edib.


Müəllif: