Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla dialoq üzrə növbəti görüşün niyə Vyanada keçirilməsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Çavuşoğlu görüşün Vyanada keçirilməsini Ermənistanın təklif etdiyini deyib.
“Görüşün Vyanada keçirilməsini Ermənistan istədi. İkinci görüşün Vyanada, ya da Cenevrədə keçirilməsinə dair təkliflə çıxış etdilər. 2009-cu ildə Cenevrədə uğursuz bir proses vardı, eyni vəziyyətin davamı olmasın deyə Vyana təklifi qəbul olundu”,-deyə Türkiyə XİN başçısı vurğulayıb.
Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında ikinci görüş fevralın 24-də Vyanada keçiriləcək.
Xatırladaq ki, tərəflər arasında ilk görüş yanvarın 14-də Moskvada baş tutub.