9 Fevral 2022 09:50
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev Fransa Prezidenti Emmanuel Makronla görüşündə ABŞ və NATO-nu tənqid edən Rusiya Prezidenti Vladimir Putinə cavab verib.

Teleqraf.com xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki Rusiya prezidentinin iddialarının doğru olmadığına vurğulayıb.

Prezident Putinin “ABŞ və Qərb bizi NATO-nun sülhməramlı müdafiə təşkilatı olduğuna inandırmağa çalışır, əks nümunə kimi İraq və Liviya kimi ölkələri göstərir” şərhini xatırladan Psaki NATO-nun müdafiə və təhlükəsizlik təşkilatı olduğunu bildirib.

“NATO həmişə müdafiə ittifaqı olub. Sərhədində on minlərlə əsgər toplayan NATO deyil, Rusiyadır. Biz tərəfdaşlarımıza bölgədə dəstəyimizi artırırıq. Rusların gərginliyi azaltmaq imkanları var. Ümid edirəm ki, bunu edəcəklər”, - Ağ Evin rəsmisi bildirib.

ABŞ və NATO-nun 1997-ci ildə Şərqə doğru genişlənməməsi, öz sərhədlərinə qayıtması və Rusiya sərhədlərinə silah yerləşdirməməsi ilə bağlı təkliflərinin ABŞ və NATO tərəfindən diqqətdən kənarda qaldığını xatırladan Putin bildirmişdi ki, NATO birbaşa Rusiyanın adını çəkir, onu düşmən elan edir: “NATO-nun 2019-cu ildə hərbi strategiyasında əsas təhlükəsizlik təhdidi və düşmən kimi Rusiya göstərilib. NATO bizi düşmən kimi müəyyənləşdirib”.

“Şimal axını-2” layihəsinin Moskvaya qarşı “kart” olduğunu deyən Psaki qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüz etməməsi üçün bu kartdan düzgün istifadə edilməlidir. O bildirib ki, Ukraynaya müdaxilə olarsa, Moskvaya qarşı bu layihədən istifadə daha məqsədəuyğundur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər