ABŞ-ın vitse-prezidenti Kamala Harrisin əri Daq Emhof Vaşinqtonda görüş zamanı məxfi xidmət agentləri tərəfindən təhlükəsiz yerə aparılıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb bomba təhlükəsi olub.
Vitse-prezidentin əri Daq Emhof çərşənbə axşamı ABŞ paytaxtındakı orta məktəbə baş çəkib. O, binanın içərisinə cəmi bir neçə dəqiqə qaldıqdan sonra qəfildən təhlükəsizlik xdmətinin agentləri ona yaxınlaşıb və getmək lazım olduğunu bildirib. Emhof dərhal öz kortejinə aparılıb və məktəbdən uzalaşdırılıb. Məktəbdə keçirilən tədbir ləğv edilib, tələbələr və müəllimlər binanı tərk etməli olublar.
Paytaxt polisi bildirib ki, tədbirin keçirildiyi məktəbdə bomba olması haqda məlumat alıblar. Hədə telefondan gəlib və bildirlib ki, məktəbə bomba qoyulub.