9 Fevral 2022 12:47
2 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Ukrayna arasında artan gərginlik regionun enerji təhlükəsizliyini riskə atdığından Yaponiya mayeləşdirilmiş təbii qaz ehtiyatlarının bir hissəsini Avropaya təqdim etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, Yaponiya hökuməti Rusiyanın Ukrayna sərhədində münaqişə ehtimalına qarşı enerji təhlükəsizliyini təmin etmək istəyir.

Yaponiya mətbuatının hökumət mənbələrinə əsaslanan məlumatlarına görə, Tokio administrasiyası mayeləşdirilmiş təbii qaz ehtiyatlarının bir hissəsini Avropaya verməyi planlaşdırır, çünki Moskva ilə Kiyev arasında gərginliyin artması regionun enerji təhlükəsizliyini risk altına alır.

Həmçinin bildirilib ki, əsas qaz idxalçısı olan Yaponiya Avropa ölkələrinə yardım etməzdən əvvəl öz ehtiyacları üçün kifayət qədər tədarük təmin etməyi planlaşdırır. Avropaya qaz idxalının təxminən 40 faizini həyata keçirən Rusiya Ukraynaya təcavüz edərsə, Moskvanın Qərbin tətbiq etməklə hədələdiyi sanksiyalara cavab olaraq qaz ixracını əhəmiyyətli dərəcədə məhdudlaşdıra biləcəyi açıqlanıb.

Buna qədər ABŞ-ın qış aylarında regionda sabit enerji təchizatını təmin etmək üçün Yaponiyadan dəstək istəməsi gündəmdə idi.


Müəllif: Nemət

Oxşar xəbərlər