21 Noyabr 2014 02:39
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Şimali Vəziristan bölgəsində ABŞ-a aid pilotsuz təyyarə vasitəsi ilə təşkil edilən hücumda terrorçu olduqları təxmin edilən 5 adam ölüb.

Hərbi səlahiyyətlilərdən alınan məlumata görə, Datta Khel bölgəsində pilotsuz təyyarədən endirilən zərbə nəticəsində iki mərminin bir evə düşməsi ilə ev tamamilə dağılıb.

Teleqraf.com xəbər verir ki, hücumda ilkin müəyyənləşdirmələrə görə, Taliban təşkilatı üzvü olduğu güman olunan 5 nəfər öldürülüb.

Beynəlxalq müstəqil insan haqları qurumlarının hesabatlarına görə görə, Pakistanda 2004-cü ildən bəri pilotsuz təyyarə vasitəsi ilə təşkil edilən hücumlarda çoxu sadə vətəndaş olan 3 min 400-dən çox adam həyatını itirib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər