9 Fevral 2022 16:41
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvada xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.

V.Jirinovskinin Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin balansında olan Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsini partiyadakı mənbə RBK-ya açıqlamasında təsdiqləyib. RBK partiyanın mətbuat xidmətinə sorğu göndərib.

“Mash” Telegram-kanalı yazır ki, siyasətçi koronavirus fonunda başlayan ikitərəfli pnevmoniyaya görə xəstəxanaya yerləşdirilib. Kanalın məlumatına görə, onun ağciyərlərinin 50-75%-i zədələnib.

RLDP-nin mətbuat xidməti bildirib ki, Jirinovski özünü yaxşı hiss edir və işləməyə davam edir. Bu barədə isə TASS xəbər verir.

V.Jirinovskinin 75 yaşı var. Dekabrda Jirinovski “Komsomolskaya Pravda” radiosunun efirində bildirib ki, o, artıq koronavirusa qarşı səkkiz peyvənd alıb. “Mən qarışmıram. Artıq mənə səkkiz iynə vurulub və mən xəstələnməmişəm, dördünü etmiş olsaydım, bəlkə bir yerdə tutulardım”, - deyə o bildirmişdi. Siyasətçi daha sonra güman etdiyini bildirmişdi ki, il yarım ərzində bu qədər iynə vuran yeganə şəxs o ola bilər.


Müəllif: Səxavət

Oxşar xəbərlər