Qərb kəşfiyyat təşkilatlarının hesabatına görə, Rusiya Ukrayna ilə sərhədə 100 minə yaxın əsgər yerləşdirib. Ukrayna və Qərb bunu ciddi hərbi təhlükə hesab edir. Bu səbəbdən bir çox ölkə Ukraynaya silah və texnika ilə dəstək verərkən, Almaniya indiyə qədər 5000 dəbilqə göndərib.
Teleqraf.com xəbər verir ki, Ukrayna hökuməti Berlinin silah dəstəyini yetərli saymır.
Kiyev administrasiyası ötən cümə günü rəsmi olaraq Berlindən hərbi silahlar tələb edib. Lakin Almaniya indiyədək bu cür tələbləri rədd edib. Həm Baş nazir Olaf Scholz, həm də xarici işlər naziri Annalena Baerbock Federal Hökumətin “böhran bölgələrinə silah ixrac etməmək” siyasi prinsipinə istinad etdilər.
Almaniya hökumətini təşkil edən SPD, Yaşıllar və FDP-nin koalisiya müqaviləsində deyilir: “İstisnalar yalnız əsaslandırılmış şəkildə təcrid olunmuş hallarda edilə bilər və bu istisnalar başa düşülən şəkildə açıq formada sənədləşdirilməlidir”.
Kansler Şolz Almaniyanın Ukraynaya silah dəstəyi verib-verməyəcəyi ilə bağlı ənənəvi mövqeyini bir daha vurğulayaraq deyib ki, uzun illərdir ki, digər böhran bölgələrində tutduğu aydın mövqeyə görə Almaniya hökuməti Ukraynaya müharibə silahı satmayacaq.
Almaniya Xarici Siyasət Cəmiyyətinin (DGAP) müdafiə və təhlükəsizlik üzrə eksperti Kristian Mollinq deyib ki, biz keçmişdə böhran bölgələrinə silah göndərmişik, lakin biz həmişə mövcud vəziyyətə uyğun hərəkət etmişik: “Bu o deməkdir ki, siyasət hər bir işi ayrıca qiymətləndirməkdir. Biz hər bir işə ayrıca baxırıq”.
Stokholm Sülh Araşdırmaları İnstitutundan (SIPRI) Pieter Vezeman bildirir ki, Almaniyanın son vaxtlar böhran bölgələrinə silah göndərdiyini təsdiqləyir: “Aydındır ki, Almaniyanın münaqişədə olan ölkələrə və ya aktyorlara silah verməməsi doğru deyil. onun razılığı, şəxsi dəstəyi və hətta hökumətin özü tərəfindən ixrac edildiyi bir çox hallar var”.
SIPRI-nin Trend İndikator Indeksinə əsasən, Misirin 2010-cu ildən Almaniyanın silah ixracatının beşinci ən böyük alıcısı olması buna sübutdur. Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin verdiyi açıqlamaya görə, 1 yanvar - 14 dekabr 2021-ci il tarixləri arasında Misirə təxminən 4,34 milyard avroluq silah ixracına icazə verilib. Bunun çox hissəsi keçmiş kansler Angela Merkelin səlahiyyət müddətinin son günlərində əvvəlki Almaniya hökuməti tərəfindən təsdiqlənmişdi. Üstəlik, bu icazə Misirin Yəmən və Liviyadakı münaqişələrdə hərbi iştirakına və insan haqlarının kobud şəkildə pozulmasına görə tənqid olunmasına baxmayaraq verilib.