9 Fevral 2022 21:57
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı həmkarı Vladimir Putinlə son görüşü gündəmdə olan Fransa Prezidenti Emmanuel Makronun bundan əvvəl də üzləşdiyi kuryozlar sosial şəbəkələr və dünya mediasının gündəmindədir.

Teleqraf.com xəbər verir ki, Makron Putinlə görüşündən sonra onun vaxtilə bir sıra ölkələrə səfərləri zamanı başına gələnlər və digər dünya liderləri ilə görüşlərində yaşadığı problemlər sosial medianın dilininə düşüb.

Bəs təxminən bir il ərzində Makronu gündəmə gətirən hadisələr hansılardır?

Makron ötən il Ermitajdakı turizm liseyinə baş çəkdikdən sonra onunla görüşmək üçün gözləyən kütləyə yaxınlaşıb. Həmin vaxt prezidentə yaxınlaşan bir şəxs bir əli ilə qolundan tutaraq, digər əli ilə şillə vurub.

Mühafizəçilər hadisəyə dərhal reaksiya verib, Yelisey sarayı isə hadisəni “şillə cəhdi” adlandırıb.

Lion şəhərində isə Makron yumurtalı hücuma məruz qalıb. Yumurta atan şəxs həmin an “Yaşasın inqilab” ifadəsini işlədib. 2017-ci il martın 1-də də seçki kampaniyası zamanı Parisdə Makronun başına yumurta atılıb.

ABŞ Prezidenti Co Bayden və Makron sualtı gəmi gərginliyindən sonra – oktyabrda ilk dəfə üzbəüz görüşdülər. Görüş diqqətçəkən məqamlarla yadda qaldı. Görüşdən əvvəl Makronun pilləkənlərdə Baydenin biləyindən tutduğu fotosu diqqət çəkdi. Makron Baydenin biləyini sıxaraq onu incidirmiş kimi əks olunan görüntü ilə yanaşı, ABŞ prezidentinin Makrona bir neçə dəfə toxunması da diqqətdən yayınmadı. Bundan sonra iki liderin müzakirə etdiyi mövzuların kifayət qədər ciddi olduğu, əks olunan görüntülərin isə gülməli olduğu bildirildi.

Ötən günlərdə isə Ukrayna məsələsini müzakirə etmək üçün getdiyi Rusiyada Putinlə beş metrlik masanın ətrafında görüşməsi həm mətbuatda, həm də sosial şəbəkələrdə gündəm olub. Nəhəng masa COVID-19 protokolundan irəli gəlirdi, yoxsa Fransa-Rusiya münasibətlərindəki məsafənin ölçüsü idi? Məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər