İngiltərə Baş naziri Boris Consonun COVID-19 məhdudiyyətləri zamanı qadağan olunmasına baxmayaraq partiyə qatılması ilə bağlı araşdırmalar davam etdiyi vaxt onun üçün başağrısına çevriləcək yeni görüntülər üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Consonun dekabrın 15-də iqamətgahında verdiyi ziyafətin fotoları ingilis mətbuatında dərc olunub.
Fotoda Consonla otaqda olan daha 4 nəfər yer alıb.
Fotolardan məlum olur ki, baş nazir və partiyə qatılanlar şampan içib əyləniblər. Amma fotonun çəkildiyi parti İngiltərə polisinin araşdırdığı 12 hadisə arasında yer almayıb. Bununla belə, ölkədə bu əyləncə məclisinin də təhqiqat obyektinə çevrilməsinə çağırışlar artır.
Boris Conson bundan əvvəl İcmalar Palatasındakı həftəlik çıxışında bu ay bütün COVID-19 məhdudiyyətlərini ləğv etməyi planlaşdırdıqlarını açıqlayıb.