NATO nümayəndə heyəti Ukrayna Milli Təhlükəsizlik Şurası, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının nümayəndələri ilə görüşlər keçirmək məqsədilə Kiyevə səfərə gəlib.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, nümayəndə heyətinə NATO Hərbi Komitəsinin sədri general Knut Bartels rəhbərlik edir.
“Səfərin məqsədi hərbi-siyasi dialoqun yüksək səviyyədə dəstəklənməsi, Ukrayna və NATO arasında xüsusi tərəfdaşlığın ayrı-ayrı məsələlərinin müzakirəsi, həmçinin, Alyans tərəfindən Ukraynaya dəstək verilməsini nümayiş etdirməkdir”, deyə məlumatda bildirilir.