21 Noyabr 2014 07:55
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyanada ABŞ dövlət katibi Con Kerri, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif və “altılıq” beynəlxalq vasitəçilərinin əlaqələndiricisi Ketrin Eşton arasında görüş sona çatıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə RİA Novosti-yə ABŞ nümayəndə heyətindəki mənbə bildirib.

Görüşün təfərrüatları hələlik açıqlanmır.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı danışıqların final raundu Vyanada noyabrın 18-də başlayıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bundan əvvəl Tehran və “altılıq” arasında danışıqların “mürəkkəb və ciddi” keçdiyini bildirib. Onun sözlərinə görə, ABŞ yekun sazişə noyabrın 24-dək nail olmaq niyyətindədir və bu məsələ ilə danışıqların uzadılmasının mümkünlüyünü nəzərdən keçirmir.


Müəllif:

Oxşar xəbərlər