21 Noyabr 2014 06:59
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Citigroup» iri maliyyə qrupunun idarəçi direktoru Şon Miller Nyu Yorkdakı mənzilində ölü tapılıb.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Bloomberg məlumat yayıb.

İlkin məlumata görə, Millerin intihar etdiyi ehtimal olunur. Nyu York polisinin məlumatına görə, Millerin boğazı kəsilmiş meyiti noyabrın 18-də mənzilindəki vanna otağında aşkarlanıb.

Məlumata görə, meyitin yanında bıçaq aşkarlanıb. Polis Millerin ölümündən əvvəl narkotik vasitələr və spirtli içki qəbul etdiyini qeyd edib.


Müəllif: