10 Fevral 2022 15:55
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərbin Moskvaya qarşı təhdidləri Ukrayna ilə bağlı gərginliyi azaltmaq üçün heç bir iş görməyəcək. İdeoloji yanaşmalar, ultimatumlar, təhdidlər, bunlar heç bir yerə aparmayan yollardır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvada Britaniya Xarici işlər naziri Liz Trussi ilə görüşməzdən əvvəl bəyan edib.

Kritik görüşdən əvvəl Lavrov bildirib ki, Qərbin Moskvaya təhdidləri Ukrayna ilə bağlı gərginliyi azaltmağa xeyir verməyəcək: “İdeoloji yanaşmalar, ultimatumlar, təhdidlər, bunlar heç bir yerə aparmayan yollardır”.

“Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynadakı diplomatik nümayəndəliyindəki vəzifələrini tərk edə bilən əməkdaşlarına bir müddət ölkəni tərk etməyi tövsiyə edir”, - Lavrov əlavə edib.


Müəllif: Nemət

Oxşar xəbərlər