21 Noyabr 2014 08:13
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama immiqrantlara dair islahatlar planını açıqlayıb.

Teleqraf.com-un "Associated Press"ə istinadən məlumatına görə, Bu plan hazırda Amerikada məskunlaşan 5 milyondan çox qanunsuz immiqrantın ölkədən deportasiya olunmasının qarşısını ala bilər. Obama islahatlar paketinə dair çıxışında qeyd edib ki, artıq ölkənin çoxdandır ki, qanayan yarasını sağaltmaq istəyir.

“Bu ölkədə yaşayan insanların qaydalara görə hərəkət etməsini gözləyirik. Ölkəmizə daxil olan mühacirlərə qarşı ədalətli şəkildə davranılmasını istəyirik. Ona görə də, belə bir təklif edirik: Əgər Amerikada 5 ildən artıq yaşamısızsa, burada Amerika vətəndaşı olan övladlarınız varsa, cinayət törətməmisizsə və vergi ödəməyə razısızsa, bu ölkədə deportasiya qorxusu olmadan müvəqqəti olaraq qalmaq üçün müraciət edə bilərsiz. Künc-bucağa sıxılmaqdan yaxa qurtarıb qanunlar çərçivəsində hüquq əldə edə bilərsiz”.

Respublikaçılar Obamanın immiqrantların ölkədə məskunlaşmasına icazə verməyə çalışmasına qarşı ciddi müqavimət göstərir. Hətta, Obama belə bir planı icra etməyə çalışarsa, respublikaçılar onu məhkəməyə verə bilər.


Müəllif: