11 Fevral 2022 09:51
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölümdən sonrakı həyatı araşdıran fizika professoru Şon Kerrolun bu haqda fikirləri mübahisə yaradıb. İnsanın ölümündən sonra şüurun bir müddət mövcud olduğunu bildirən Kerroll daha sonra fiziki bədənlə şüur ​​arasındakı əlaqənin pozulduğunu və bu səbəbdən ölümdən sonra həyatın olmayacağını iddia edib.

Teleqraf.com xəbər verir ki, Kerolun açıqlaması dini dəyərlərə və inanclara hörmətsizlik kimi qiymətləndirilib.

Ən maraqlı mövzulardan biri də insanın ölümündən sonra baş verənlərdir. Elm adamları uzun illərdir bu suala cavab tapmaq üçün araşdırmalar aparırlar. Ölümdən sonrakı həyatla bağlı araşdırmaları ilə tanınan fizika professoru Şon Kerrolun son araşdırması müzakirələrə səbəb olub.

Ölümdən sonra həyatın qeyri-mümkün olmasının səbəblərindən bəhs edən Kerrol deyib: “Bunun baş verməsi üçün fiziki bədən və şüur ​​tamamilə ayrı olmalıdır. İnsanın fiziki quruluşu ilə şüurun ​​quruluşu bir-birinə bağlıdır, şüur bu fiziki bağlılığa görə yaşayır”.

Kerol ruhun ölümdən qaçma imkanının olmadığını söyləyib: “Ruhumuzun bədənimiz öldükdən sonra yaşaması fiziki olaraq izah edilə bilməz. Gündəlik həyatın fiziki qanunları tam olaraq anlaşılır və ölümdən sonrakı həyat üçün heç bir yol yoxdur”.

Elm adamının fikrincə, ruh bir müddət sonra ölür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər