11 Fevral 2022 10:00
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Rusiya ilə Ukrayna arasında gərginliyin artması səbəbindən yanvar 23-də etdiyi Ukraynaya səyahət xəbərdarlığını yeniləyib.

Teleqraf.com xəbər verir ki, xəbərdarlıq Dövlət Departamentinin saytında yerləşdirilib.

“Dövlət Departamenti Rusiyanın hərbi əməliyyatlarının artan təhdidləri ilə bağlı məlumatları yeniləmək məqsədilə Ukrayna üçün səyahət xəbərdarlığını yenidən dərc edib”, - məlumatda bildirilib.

ABŞ-ın Kiyevdəki səfirliyində çalışan diplomatların ailələrinə Ukraynanı tərk etmək əmri verildiyi vurğulanan xəbərdarlıqda aşağıdakılar qeyd olunub:

"Rusiyanın hərbi əməliyyatlar təhlükəsi və COVID-19 riskinin artması səbəbindən Ukraynaya səyahət etməyin; Ukraynada olanlar indi kommersiya və ya şəxsi vasitələrlə ölkəni tərk etməlidirlər; Ukraynada qalsanız, narahatlıq və Rusiyanın hərbi müdaxiləsi ilə mümkün müharibə vəziyyətinə görə ehtiyatlı olun. Bəzi bölgələrdə risk artıb”.

Xəbərdarlıqda Tətəhlükəsizlik şəraitinin gözlənilməz olduğu, hər an pisləşə biləcəyinə diqqət çəkilib. Deyilir ki, Ukrayna sərhədləri boyunca, Rusiyanın işğal etdiyi Krımda və Rusiyanın nəzarəti altında olan Ukraynanın şərqində vəziyyət dəyişə bilər.

Xüsusilə vurğulanır ki, Rusiyanın hərbi addımı hər hansı bir anda və xəbərdarlıq edilmədən başlaya bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər