ABŞ Prezidenti Co Bayden Ukrayna böhranı ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, ilk olaraq Dövlət Departamenti Ukraynadakı ABŞ vətəndaşlarına Rusiyadan gələn təhlükənin artması səbəbindən bu ölkəni dərhal tərk etmələri ilə bağlı xəbərdarlıq edib.
Xəbərdarlıqdan dərhal sonra ABŞ-ın NBC telekanalı Prezident Baydenlə müsahibəni yayımlayıb.
Bayden “ABŞ vətəndaşları dərhal Ukraynanı tərk etməlidir” deyib və təxliyə üçün Ukraynaya qoşun göndərməyəcəklərini söyləyib.
Rusiyanın hər an Ukraynaya hücum edə biləcəyini qeyd edən Bayden vurğulayıb: “Hər an işlər yolundan çıxa bilər. Putin nəsə etmək məcburiyyətindədir”.