ABŞ “F-15” qırıcıları NATO-nun şərq cinahını dəstəkləmək üçün Polşanın Lask şəhərindəki 32 saylı taktiki hava bazasına gəlib.
Teleqraf.com xəbər verir ki, Polşa müdafiə naziri Mariuş Blaşçak Amerika “F-15”ləri haqda danışıb.
“Amerikanın “F-15” döyüş təyyarələri NATO missiyası çərçivəsində şərq cinahını dəstəkləyəcək Laskdakı aviabazaya gəlib. Təyyarələr fevralın sonuna qədər Polşada qalacaq”, - nazir bildirib.
NATO missiyası çərçivəsində Polşaya gələn Amerika döyüş təyyarələri Estoniya, Litva və Latviyada patrul xidməti aparacaq.
Baltikyanı ölkələrin hava polis qüvvələrinə dəstək verəcək “F-15”lər bölgə ölkələrinin hava məkanlarını pozan Rusiya təyyarələrinin qarşısını almağa kömək edəcək.