11 Fevral 2022 16:12
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukrayna sərhədində hərbi qoşunlarını yığmağa davam edir və hər an işğal baş verə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Dövlət katibi Vaşinqtonun Ukrayna səfirliyini bağlı saxlamağa davam edəcəyini bildirib: “Sadə dillə desək, biz Rusiyanın qıcıqlandırıcı şəkildə Ukrayna sərhədinə yeni qoşunlar gətirməsi kimi gərginliyi artırmaq üçün addımlar atdığını görməyə davam edirik. Daha əvvəl dediyimiz kimi, işğalın dərhal başlaya biləcəyi bir dövrdəyik. Doğrusunu demək lazımdırsa, bu, olimpiadalar davam edərkən baş verə bilər”.

Blinken nazirliyin ABŞ vətəndaşlarına Ukraynanı dərhal tərk etməyə çağırışını təkrarlayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər