ABŞ-ın Feniks ştatında (Arizona) atışma olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Fox 10" telekanalı məlumat yayıb.
İnsident zamanı azı beş polis əməkdaşı və bir yerli sakin yaralanıb.
Qeyd olunur ki, hadisə polisin evlərdən birində atışma olması ilə bağlı çağırışa gəldiyi zaman baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdə, şübhəli şəxs yenidən atəş açıb. Bəzi polis əməkdaşları uşağı hadisənin baş verdiyi evdən təhlükəsiz yerə köçürmək istəyərkən güllələnib.