Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Cozef Bayden, Fransa Prezidenti Emmanuel Makron və Kanadanın Baş naziri Castin Trüdo ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.
"Müttəfiqlər Ukraynanın ərazi bütövlüyü və suverenliyinin növbəti dəfə pozulması halında Rusiyaya qarşı sürətli və əsaslı sanksiyalar tətbiq etməkdə qərarlıdırlar. Bütün diplomatik səylər Moskvanı deeskalasiyaya sövq etməyə yönəlib", - Hebestreyt qeyd edib.