Rusiya Pekin Qış Olimpiya Oyunları bitməmişdən əvvəl Ukraynaya müdaxiləyə başlaya bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan deyib.
O qeyd edib ki, hazırda Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə ilə bağlı dəqiq qərar verdiyini deyə bilməz: “İşğalın hər an başlaya biləcəyinə dair güclü kəşfiyyat məlumatlarına malikik. Mən kəşfiyyat hesabatlarına toxunmayacam, ancaq işğalın Çin Olimpiadasından sonra baş verə biləcəyinə dair əvvəlki fərziyyələrin əksinə, indi açıq şəkildə deyə bilərəm ki, müharibə olimpiada bitməzdən əvvəl başlaya bilər”.
Sullivan ABŞ və NATO müttəfiqlərinin mümkün işğala qarşı Rusiyaya ən ağır sanksiyalar və digər vasitələrlə cavab verəcəyini vurğulayıb: “Rusların Ukraynanı əvvəlcə hava və raket hücumları ilə, daha sonra isə quru əməliyyatına başlayaraq işğal edəcəklərini gözləyirik. Ruslar Kiyevə qəfil hücum edərək Ukraynanın paytaxtını ələ keçirmək istəyə bilərlər”.
Milli təhlükəsizlik müşaviriamerikalıların ölkəni dərhal tərk etməli olduqlarını deyib.
Qeyd edək ki, Pekin Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.