12 Fevral 2022 11:07
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son vaxtlar Fransada yaşayan müsəlmanlar indiyədək görünməmiş formada təhqir olunurlar”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa prezidentliyinə namizəd Jan-Lük Melenşon deyib.

Solçu namizəd Jan-Lük Meleşon “France 2”-nin suallarını cavablandırıb və ölkədəki müsəlmanları dəstəkləyən açıqlamalar verib.

Melenşon “irqçi qanun” kimi tanınan mübahisəli “Respublika dəyərlərinə hörməti gücləndirən prinsiplər” qanununun parlamentdə müzakirəyə çıxarılmasından bəri ölkədə müsəlmanların ünvanına təhqiramiz ifadələrin artdığına diqqət çəkib.

“Bu gün digər dövrlərdən daha pis olan şey müsəlmanların daima damğalanması və alçaldılmasıdır. Bu, qəbuledilməzdir”, - siyasətçi deyib.

Melenşon bildirib ki, o, prezident seçilərsə, ölkədə azadlıqları məhdudlaşdıran separatçı qanunun ləğvinə çalışacaq.

Melenşon apreldə keçiriləcək prezident seçkilərində yarışacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər