12 Fevral 2022 17:02
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münhen konfransı artıq müzakirə platforması deyil və obyektivliyini itirir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov vurğulayıb ki, konfrans hələ də maraqlıdır və çoxlarının ona tələbatı var: “Ancaq o, bizim üçün aktuallığını itirir, çünki obyektivliyini itirir. O, bir nöqteyi-nəzəri olan kluba çevrilir”.

Bu baxımdan, Peskovun fikrincə, müxtəlif baxışların istənilən halda toqquşduğu Valday Klubu daha cəlbedici görünür.

Münhen konfransı fevralın 18-20-də baş tutacaq. Rusiya Avropa İttifaqı tərəfindən tanınmayan COVID-19 peyvəndi sahiblərinə qoyulan məhdudiyyətlər və təşkilatçıların sərt bəyanatları səbəbindən tədbirdə iştirakdan imtina edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər