12 Fevral 2022 11:36
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hesab edir ki, ölkəni idarə etmək üçün gənclərə yol verilməlidir. O, bildirib ki, iki il əvvəl peyğəmbər yaşına çatıb və bu gün özü barədə gəldiyi çətin qərarı müzakirə etmək istəyir.

Teleqraf.com-un məlumatına görə, Türkmənistan Prezidenti bunu parlamentin yuxarı palatasının iclasının yekunları üzrə deyib. Onun “çətin qərar” haqqında sözlərini dövlət xəbər agentliyi TDH sitat gətirir. Məhz hansı qərardan söhbət getdiyi isə açıqlanmır.

“Mən ölkəmizin inkişafının yeni mərhələsində dövlət idarəçiliyinə gedən yolu mənəvi mühitdə və müasirliyin yüksək tələblərinə uyğun yetişdirilən gənc liderlərə verilməsi ideyasını dəstəkləyirəm”, - deyə Q.Berdiməhəmmədov əlavə edib.

2021-ci ilin noyabrında Türkmənistan Prezidenti yeganə oğlu, baş nazirin iqtisadiyyat üzrə müavini Sərdar Berdiməhəmmədova ölkənin neft-qaz kompleksinə nəzarət etməyi tapşırıb. Türkmənistanda baş nazir postu yoxdur, hökumətə prezident rəhbərlik edir.

Bu ara məlum olub ki, Türkmənistanda növbədənkənar prezident seçkiləri elan edilib. Seçkilər martın 12-də keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər