12 Fevral 2022 20:28
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Ukrayna ətrafında vəziyyətin diplomatik həlli imkanlarını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında bildirilir. Bəyanata əsasən, Blinken böhranın həlli üçün diplomatik yolların qaldığını, lakin bunun üçün Moskvadan gərginliyi azaltması və dialoqda iştirakının tələb olunduğunu deyib.

“Dövlət katibi qeyd edib ki, Rusiya Ukraynaya təcavüz etdiyi halda Moskva birləşmiş trans-atlantikanın qətiyyətli və miqyaslı cavabı ilə qarşılaşacaq”, – deyə Prays bildirib.

Son zamanlar Kiyev və Qərb dövlətləri Rusiyanın Ukrayna sərhədləri yaxınlığında “aqressiv hərəkətlərinin” artmasından narahatlıqlarını dilə gətirir. Moskva isə bu ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bildirir.

***

13:10

ABŞ dövlət katibi Entoni Blinken fevralın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bu bəyanatla Blinken özü çıxış edib. Onun sözlərinə görə, rusiyalı həmkarı ilə söhbətində o, Ukrayna ətrafında yaranmış gərginlik fonunda müttəfiqlərin və tərəfdaşların birlik və qətiyyətini vurğulamağı planlaşdırır.


Müəllif: Səxavət

Oxşar xəbərlər