Rusiya-Ukrayna böhranında gərginlik artır. ABŞ Rusiyanın hər fürsətdə Ukraynaya işğalçı hücuma başlayacağını elan edəcəyini açıqlayıb, Kreml isə bu iddianı rədd edir. Bununla belə, Rusiyanın hər gün sərhəddəki hərbi qüvvələrinin sayını artırması diqqət çəkir.
Teleqraf.com xəbər verir ki, “Global Firepower” təşkilatı müharibənin astasına gəlib çatmış ölkələrin hərbi gücünü müqayisə edib.
Rusiya hərbi gücünə görə dünyada ikinci yerdədir. Ukrayna siyahının 25-ci pilləsində qərarlaşıb.
Ümumilikdə 141 milyon əhalisi olan Rusiyanın ümumi hərbi personalının sayı 3 milyon 569 min, aktiv canlı qüvvəsinin sayı isə 1 milyon 14 min nəfərdir. Təxminən 44 milyon əhalisi olan Ukraynanın ümumi hərbi personalı 1 milyon 245 min, fəal hərbçilərinin sayı isə 255 mindir. İki ölkə arasında aktiv kadrların sayındakı fərq Rusiyanın xeyrinədir - 759 min nəfər. Rusiyanın ehtiyat kadrları 2 milyon, Ukraynanın ehtiyat kadrları 900 mindir. Hərbiləşdirilmiş güc baxımından Rusiya 555 min, Ukrayna isə 90 min səviyyəsindədir.
Rusiyanın müdafiə xərcləri 42 milyard 149 milyon dollardır. Ukraynanın müdafiə büdcəsi 9 milyard 600 milyon dollardır. Ukraynanın xarici borcu 130 milyard dollar olduğu halda, Rusiyanın xarici borcu 539 milyard 600 milyon dollardır. Xarici borc baxımından Ukrayna Rusiyadan 409 milyard 600 milyon dollarla daha yaxşı vəziyyətdədir. Digər tərəfdən Rusiyanın 432 milyard 700 milyon dollar valyuta ehtiyatı olduğu halda, Ukraynanın valyuta ehtiyatı 18 milyard 810 milyon dollardır.
Rusiyanın ümumi təyyarə sayı 4144, Ukraynanın isə 285-dir. Rusiyanın 789, Ukraynanın isə 42 döyüş təyyarəsi var. Onların arasındakı fərq 747-dir.
Eyni zamanda, Rusiyanın 742, Ukraynanın 25 hücum təyyarəsi var. Bundan əlavə, Rusiyanın 1540, Ukraynanın isə 111 helikopteri var. Rusiyanın 538, Ukraynanın isə 34 hücum helikopteri var. Tank gücünə görə dünyada lider olan Rusiyanın 13 min tankı var. Ukraynanın isə 2430 tankı. Rusiyanın 27 min, Ukraynanın 11 min 435 zirehli texnikası var. Özüyeriyən artilleriyaya görə dünyada birinci yerdə olan Rusiyanın 6 min 540, Ukraynanın isə 785 top var. Rusiyanın 4465, Ukraynanın isə 2,40 yedəkli artilleriyası var.
Ukraynanın təyyarədaşıyan gəmisi yoxdur, Rusiyanın isə təyyarədaşıyan gəmisi var. Rusiyanın 64 sualtı gəmisi olduğu halda, Ukrayna ordusunun belə gücü yoxdur. Eynilə, Rusiyanın 15 esminesi olduğu halda, Ukrayna ordusu üçün bu rəqəm sıfıra bərabərdir. Ukraynanın 1, Rusiyanın isə 11 freqatı var. Rusiyada 85, Ukraynada isə 0 korvet var. Rusiyada 48 mina gəmisi olduğu halda, Ukraynanın inventarında bu gəmi yoxdur.