13 Fevral 2022 00:13
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarından Ukraynanı müvəqqəti olaraq tərk etmələrini xahiş edib.

Teleqraf.com xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzi Ukrayna-Rusiya gərginliyi ilə əlaqədar Ukraynaya səyahətlə bağlı şərtləri yeniləyib.

“Mövcud şərait nəzərə alınaraq, vətəndaşları ehtiyat tədbiri kimi müvəqqəti olaraq Ukraynanı tərk etməyə çağırırıq”, - deyə nazirliyin məlumatında deyilir.

Həmçinin xatırladılıb ki, Donetsk, Luqansk və Krıma səyahət etmək qətiyyən tövsiyə edilmir.

İtaliya mətbuatına görə, hazırda Ukraynada iki minədək italyan var və onlarım çoxu paytaxt Kiyevdədir.

İtaliyanın xarici işlər naziri Luici Di Mayo isə qeyd edib ki, ölkəsinin Ukraynadakı səfirliyi istənilən halda fəaliyyətini davam etdirəcək və mühüm vəzifələrdə olmayan işçilər İtaliyaya qayıdacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər