Rəsmi Ankara ATƏT-in Minsk formatındakı görüşlərin Türkiyədə keçirilməsini təklifini bütün tərəflərin razılığı ilə qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, ATƏT üçlüyün Minsk formatında görüşünün Türkiyədə keçirilməsi təklifini verib: "Bütün tərəflər razılaşsa, məmnuniyyətlə qəbul edəcəyimizi söylədik. Biz Minsk üçlüyünün hissəsi deyilik, lakin Belarusla digər ölkələr arasında gərginlik olduğu üçün görüş orada keçirilə bilmir”.