13 Fevral 2022 15:54
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İsrail rəhbərliyini Rusiyanın Ukraynaya müdaxiləsinin çərşənbə axşamı və ya çərşənbə günü başlaya biləcəyini xəbərdar etdiyi, Təl-Əvivin vətəndaşlarını təxliyə etmək üçün səylərini sürətləndirdiyi iddia edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

Nəşr Vaşinqtonun Rusiyanın ən tez çərşənbə axşamı Ukraynaya təcavüz edə biləcəyi barədə məlumatı İsraillə bölüşdüyünü yazıb. İsrail hava yolu şirkətlərinin minlərlə israillini təxliyə etməyə hazır olduğu bildirilib.

“Yedioth Ahranoth” qəzeti də rəsmi mənbələrə istinadən İsrailin Ukraynadakı vətəndaşlarını təxliyə etmək üçün çərşənbə gününə qədər vaxtının olduğunu iddia edib. Məlumatda qeyd olunub ki, İsrail Baş naziri Naftali Bennet müvafiq qurumlardan ən qısa zamanda israillilərin Ukraynadan çıxarılmasını istəyib.

Ukraynada 15 minə yaxın İsrail vətəndaşının olduğu, onlardan 4500 nəfərinin internetdə təxliyə məlumat formasını doldurduğu deyilib.

İsrail Xarici İşlər naziri Yair Lapidin Kiyevdəki səfirlə görüşəcəyi və lazımi dəstəyi verəcəyi açıqlanıb. Eyni zamanda, son gəlişmələr fonunda Ukraynadakı İsrail vətəndaşlarının bu ölkədən çıxmasında artım olduğu bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər