Türkiyənin cənub-şərqindəki Siirt vilayətində "Eren" antiterror əməliyyatlarının qış mərhələsinin 24-cü mərhələsi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ümumilikdə 545 nəfərdən ibarət 39 jandarma dəstəsi PKK silahlılarının müəyyən edilərək məhv edilməsi məqsədilə Akmeşe ərazisini nəzarətə götürüb.
Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini tamamilə aradan qaldırmaqdır.