13 Fevral 2022 20:57
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika hərbçiləri Rusiyanın bu ölkəni “işğal” edəcəyi təqdirdə Ukraynada döyüşməyəcək.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Pentaqonun mətbuat katibi Con Kirbi çıxış edib:

“ABŞ Prezidenti Co Bayden ABŞ hərbçilərinin Ukraynada döyüşməyəcəyini açıq şəkildə bildirib".

Kirbinin fikrincə, ABŞ əsgərlərinin hətta ölkədən Amerika vətəndaşlarının çıxarılması üçün istifadə edilməsi “səhv hesablama riskini və Rusiya ilə Amerika hərbi qüvvələri arasında toqquşma ehtimalını artıracaq”. Pentaqonun sözçüsünə görə, bu məsələ vəziyyəti "yeni səviyyəyə” gətirə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər