Ukrayna ilə sərhəddə gərginlik konteksində işğalı qabaqcadan proqnozlaşdıran ABŞ administrasiyası bir tərəfdən Şərqi Avropaya hərbi gücünü artırır, digər tərəfdən də Kiyevə tək olduğu mesajını verməkdə davam edir.
Teleqraf.com xəbər verir ki, son bir neçə gündə Ukraynadakı diplomatik işçilərinə ölkəni tərk etmək əmri verən Vaşinqton dünən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Donbas bölgəsindəki Ukrayna Xüsusi Müşahidə Missiyasından (OGM) ABŞ əməkdaşlarını geri çəkməyə başlayıb.
Geri çəkilmə əmri Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın OGM-nin daha fəal işləməli olduğu barədə bəyanatından cəmi bir gün sonra verilib.
OGM-dəki ABŞ müşahidəçiləri dünən 6 maşınlıq karvanla Donetski tərk ediblər. Bildirilir ki, missiyanın fəaliyyətə başladığı tarixdən indiyədək belə bir vəziyyət olmayıb.