14 Fevral 2022 11:10
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba Rusiya da daxil olmaqla, ATƏT-in bütün üzvlərini 48 saat ərzində toplantıya çağırıb.

Teleqraf.com xəbər verir ki, Xarici işlər naziri Dmitri Kuleba Rusiyanın ölkəsinə yaxın bölgələrdəki hərbi fəaliyyətləri ilə bağlı ətraflı izahat tələbinə cavab vermədikləri üçün bu addımı atıb.

Nazir bildirib ki, Rusiya iki gün əvvəl Ukrayna sərhədləri yaxınlığında və qanunsuz işğal edilən Krımda hərbi hərəkətləri ilə bağlı izahat vermə tələbinə cavab verməyib:

“Vyana sənədinə əsasən izahat verməli olsa da, sorğumuza cavab verilməyib. Biz növbəti addımı atırıq. Ukrayna yaxın 48 saat ərzində Rusiya ordusu birliklərinin gücləndirilməsi və hərəkətini müzakirə etmək üçün Rusiya və bütün iştirakçı dövlətləri görüşməyə çağırır. Əgər Rusiya ATƏT regionunda təhlükəsizliyin bölünməzliyi ilə bağlı verdiyi vədləri yerinə yetirərsə, hərbi şəffaflıq öhdəliklərini də yerinə yetirməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər