Qərb ölkələrindən Ukrayna ordusuna silah və hərbi ləvazimat dəstəyi davam edir.
Teleqraf.com-un məlumatına görə, Ukrayna müdafiə naziri Oleksi Rezinkov bilıdirib ki, Litvadan ölkəyə “Stinger” sistemləri gətirilib.
Onun sözlərinə görə, bu günə qədər ABŞ-dan toplam 1500 ton hərbi ləvazimat və silah alıblar.
Nazir qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri son 24 saat ərzində ABŞ-dan 180 ton hərbi sursat dəstəyi alıb.
“Dostlarımız yatmır”, - deyən ukraynalı general Litvadan göndərilən “Stinger” raketlərinin də ölkəyə çatdığını açıqlayıb: “Ukrayna ilə Litva arasında münasibətlər çox yaxındır və əsrlərdir davam edir. Çoxəsrlik dostluğumuzu və bir-birimizə güclü dəstəyimizi yüksək qiymətləndirirəm. Litvadan göndərilən “Stinger” zenit raketləri bu gün Ukraynaya çatıb. Ümid edirəm ki, Ukrayna onlardan istifadə etmək məcburiyyətində qalmayacaq”.