Almaniya kansleri Olaf Şolz Ukrayna paytaxtına rəsmi səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, o Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.
“Ukrayna 24” telekanalının məlumatına görə, Almaniya kansleri Borispol hava limanına gəlib, daha sonra Mariinski sarayına gedib.
Burada Şolz və Zelenski arasında görüş planlaşdırılır.
Bundan əvvəl Şolz Moskva və Kiyevə səfəri zamanı Fransa Prezidenti Emmanuel Makronun Ukrayna və Rusiyaya səfərləri zamanı dediklərini təkrarlayacağını bildirib.