14 Fevral 2022 17:02
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vahid Rusiya”dan olan deputatlar Donbasda öz müstəqilliklərini elan etmiş respublikaların tanınması ilə bağlı Dövlət Dumasının Prezident Vladimir Putinə müraciət layihəsini Rusiya Xarici İşlər Nazirliyinə göndərməyi təklif ediblər.

Teleqraf.com xəbər verir ki, sənəd Dövlət Dumasının aşağı palatasının məlumat bazasında yerləşdirilib.

Qanun layihəsini deputatlar Viktor Vodolatski və Artem Turov təqdim ediblər. Sənədin məsləhətləşmələr üçün Rusiya Xarici İşlər Nazirliyinə göndərilməsinin nəzərdə tutulduğu vurğulanır.

Xatırladaq ki, yanvarın 19-da Kommunist Partiyasından olan Dövlət Dumasının deputatları Prezident Vladimir Putinə “DXR və LPR-nin tanınmasının zəruriliyi haqqında” müraciət layihəsi təqdim ediblər. Deputatlar özlərini elan etmiş respublikaların “müstəqil, suveren və müstəqil dövlətlər” kimi tanınmasını xahiş ediblər.

Prezidentə müraciət layihəsini 11 kommunist təqdim edib: Gennadi Züqanov, İvan Melnikov, Vladimir Kaşin, Nikolay Kolomeytsev, Yuri Afonin, Dmitri Novikov, Leonid Kalaşnikov, Kazbek Taysayev, Yevgeni Bessonov, Nikolay Osadçi, Aleksey Kurinnıy. Onlar Dövlət Dumasının spikeri Vyaçeslav Volodindən müraciətlə bağlı qərar layihəsini və prezidentin özünə müraciəti parlamentin aşağı palatasının 2022-ci ilin fevral ayı üçün iş proseduru layihəsinə daxil etməyi xahiş ediblər. Dövlət Duması Şurası bu müraciətə fevralda baxmağı planlaşdırır. “Vahid Rusiya” DXR və LPR-ə silahla kömək etməyi də təklif edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər