14 Fevral 2022 22:28
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlarda “zaman səyyahları”nın sayı getdikcə artır. 2104-cü ildən gəldiyini iddia edən “zaman səyyahı” 2049-cu ildə baş verəcəyini iddia etdiyi qorxunc hadisənin fotosunu sosial şəbəkədə paylaşıb.

Teleqraf.com xəbər verir ki, o, Nyu-Yorkun 2049-cu ildə Çin hərbi hava qüvvələri tərəfindən bombalanacağını və dünya müharibəsinin çox da uzaqda olmadığı iddiasını irəli sürüb.

Metyu Smit adı ilə proqnozlar verən “zaman səyyahı” 2104-cü ildən gəldiyini iddia edib. O, 2049-cu ildə dünyanı silkələyəcək olayların baş verəcəyini bildirib.

Smit 2049-cu ildə bombalanacağını dediyi Azadlıq heykəlinin fotosunu da paylaşıb. Sözügedən fotoda Azadlıq heykəlinin ətrafının alov içində qaldığı görülür.

Gələcəkdən gəldiyini iddia edən şəxs Çin hərbi hava qüvvələrinin şəxsi heyətinin əmrə tabe olmayaraq Nyu-Yorka 2000 ton TNT atacağını deyib. “Zaman səyyahı” bu fotonun da onun gələcəkdən gəldiyinə sübut olduğunu söyləyib.

Onun paylaşdığı fotonu təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər