ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson telefon danışığı zamanı Rusiya və Ukrayna rəhbərliyi ilə təmasların gedişatını müzakirə ediblər.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, danışıq zamanı, həmçinin NATO-nun şərq cinahının gücləndirilməsi və Moskvaya qarşı mümkün yeni sanksiyaların hazırlanması müzakirə olunub.
Bildirilib ki, C.Bayden və B.Conson "Ukrayna və Rusiya ilə son diplomatik əlaqələr" haqqında fikir mübadiləsi aparıblar:
"Onlar həmçinin Rusiyanın Ukrayna ilə sərhəddə davam edən hərbi güclənməsinə cavab olaraq davam edən diplomatiya sahəsində və çəkindirmə səylərini nəzərdən keçirib və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqləyiblər".